“İndi informasiya məkanı genişlənib. Mətbuat Şurası İdarə Heyətinə seçilən yeni üzvlərlə birlikdə Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq”.

Mia.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının yeni sədri Rəşad Məcid jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Mətbuat Şurası jurnalist adına xələl gətirən insanlara müraciət edəcək: “Biz onları etik davranışlara uyğun olaraq fəaliyyət göstərməyə çağıracağıq. Mətbuat Şurası bundan sonra da əvvəlki ənənələrini daha da inkişaf etdirəcək. Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərindən olan gözləntilərinin doğrulması sahəsində Mətbuat Şurasının böyük rolu olacaq”.