Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib.

O törətdiyi əməli etiraf edib.

Araşdırmalar davam etdirilir.