“Referendumlardan sonra azad edilmiş ərazilərə hücum bütün nəticələri ilə Rusiyaya hücum demək olacaq”.

Bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

"Referendumdan sonra buradakı insanları qorumaq bizim haqqımız yox, borcumuz olacaq. Bundan sonra Qərbin rəyinə əhəmiyyət verilməyəcək", - o bildirib.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın işğal altında olan Donetsk, Luqansk, Zaporojye vilayətlərində referendumla bağlı səsvermə keçirilməsi planlaşdırılır/Report.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.