Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Məlumata görə, "VAZ-21021" markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində, sərnişin- 1996-cı il təvəllüdlü İsa Rəhimov dünyasını dəyişib.

Avtomobil qəzası zamanı sürücü E. Məmmədov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır/Report.