Məsələ ilə bağlı qəzetin baş redaktoru İlkin Vaqifoğlu Mia.az-a açıqlamasında deyib ki, məhkəmə mübahisəsinə qəzetdə dərc olunmuş tənqidi material olub: «Klub rəhbərliyi isə tənqidə dözümsüzlük göstərərək, məhkəməyə müraciət edib. Məndə olan məlumata görə, onlar mənim barəmdə cinayət işi də açdırmaq istəyir. Allah işlərini avand eləsin. Həcc ziyarətində olmuş Sadıq Sadıqovu bu münasibətlə təbrik edirəm! 14
ildi mətbuatdayam, çox hədə-qorxu, təzyiq vasitələri ilə üzləşmişəm. Həyatıma
təhdidlər də olub, üstümə bıçaq çıxaran da. Amma hələ məni içəri basdıracağını elan
edən olmamuşdı. Sadıq müəllimin canı sağ olsun! Hazıram hər şeyə. Deyəsən, hələ
də tanıya bilməyib Hacı Sadıq məni. Tutaq ki, tutdurdu məni, sonra nə olacaq? Ürəyi
yerinə gələcəkmi, mənəvi rahatlıq tapacaqmı? Vicdanı qarşısında cavab verə
biləcəkmi? Həzrət Əlinin (ə) Həcc ziyarətçiləriylə bağlı məşhur hədisini
xatırlasın. Eşitməyibsə, tapıb oxusun».
Baş redaktor Bakı Apellyasiya Məhkəməsinin ədalətli qərar verəcəyinə də inandığını deyir: «Qəzetə o qədər basqı qurdular ki, bağlamağa məcbur qaldım. Azərbaycanda bağlanmış qəzetə, özü də zəif maddi imkanı olan bir mətbu orqana 5 min manat cərimə kəsilməsi nə dərəcə ədalətli ola bilər ki?! Ümid edirəm hakim İsmayıl Xəlilov ədaləti bərpa edəcək».