Sentyabrın 30-na planlaşdırılan Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının vaxtı dəyişdirilib.

Mia.az xəbər verir ki, bu barədə Bizim.Media-ya AYB-nin mətbuat katibi Xəyal Rza bildirib. Onun özlərinə görə qurultayın vaxtı oktyabrın 5-nə təyin olunub: “Sentyabrın 30-da Milli Məclisin iclası olacaq. Qurultaya Yazıçılar Birliyinin üzvü olan millət vəkillərini də dəvət edəcəyimizdən vaxtı dəyişmişik”.

Xəyal Rza onu da əlavə edib ki, hələki AYB-nin sədr postuna yeni seçkidə iştirak üçün Anar Rzayevdən başqa namizədliyini irəli sürənlər yoxdur.

Qeyd edək ki, bəzi mülahizələrə görə Yazıçılar Birliyinin başına daha gənc rəhbər seçiləcək.