Federal Təhqiqat Bürosu (FTB)  ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki evində axtarış aparıb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, ölkədə böyük səda doğuran axtarış zamanı Trampın gizlətdiyi xeyli məxfi sənədlər aşkarlanıb.

İddiaya görə, evdən 20-yə yaxın qutularda sənədlər çıxarılıb. Onların arasında nüvə proqramı ilə bağlı sənədlər də olub.

ABŞ Ədliyyə naziri axtarışın şəxsən onun rəhbəlii altında aparıldığını bəyan edib.

Tramp isə axtarışa belə reaksiya verib: "Əgər FTB bu sənədləri məndən istəsəydi, verərdim. Axtarışa bunun çünü ehtiyac yox idi. O sənədlər əhəmiyyətini itirmiş sənədlər idi".