Rusiya hakimiyyəti ölkə sənətçilərinin “qara siyahısı"nı tərtib edib.

Məlumatı UNIAN yayıb.

Bildirilib ki, onlar Rusiyanın Ukraynada apardığı müharibəyə etiraz ediblər. Rusiya hakimiyyəti həmin sənətçilərin konsertlərinə getməyi “arzuolunmaz” sayır.

“Qara siyahı"ya Valeri Meladze, Andrey Makareviç (“Maşina vremeni” qrupu), Boris Qrebenşikov (“Akvarium”), Maksim Pokrovski (“Noqu svelo”), Zemfira, tanınmış repçi Morqenştern və başqaları daxil edilib/Report.