“3+3” platformasının növbəti iclası İranın paytaxtı Tehranda keçiriləcək.
Mia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian iyulun 4-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki İranla Azərbaycan arasında münasibətlər sıx əməkdaşlığa doğru gedir: "Biz bu gün həmkarımla İran və Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin ərazi bütövlüyünün tanınması və dəstəklənməsi məsələlərini müzakirə etdik".