"Ay Zaur" verilişindəki canlı yayımda aparıcı Zaur Kamal tərəfindən kobudluqla qovulan iranlı müğənni Afşin Azəri "Tarixin bir günü" verilişində baş verənlərdən danışıb.

Mia.az xəbər verir ki, o, Zaur Kamalı yalan danışmaqda ittiham edib: "İnsan iki dəqiqənin içində necə iyirmi dənə yalan danışdı. Dedi ki, guya söyləmişəm ki, iranlı müğənniləri efirə niyə çağırmısan. Mən heç vaxt o sözü deməmişəm. Mənə deyir ki, çıx efirdə onlardan danış. Axı mən niyə danışım? Sonra deyir ki, mən yeganə adamam İrandan gələn bütün müğənnilərə qucaq açmışam. Mən 2 nəfər dostumdan bilirəm, bu, hamıya pulla qucaq açıb".