Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad olunub.
Mia.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
O, təqaüdə göndərilib.
Digər əmrlə bölmənin rəisi vəzifəsinin icrası mayor Araz Əsgərliyə həvalə edilib.