Bu gün saat 18:00-dan etibarən Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Mia.az-a verilən məlumata görə, 10 - 12 iyunda keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-prisi ərəfəsində bağlanmış prospekt və küçələr bu gündən etibarən sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 13-dən 20-ə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-ə qədər aradan qaldırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildirir.

***

İyunun 14-ü, səhər saat 10:00-dan etibarən Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq.

Mia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Belə ki, 10-12 iyun tarixlərində baş tutan 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk”, - deyə açıqlamada qeyd olunub.