"Biz Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasında maraqlıyıq".
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
O bildirib ki, Rusiya Azərbaycanın bu mövzuda irəli sürdüyü təklifləri bilir: "Sizin kağız üzərinə qoyduğunuz təklifləriniz barədə də bilirik. Rusiya qarşılıqlı razılığın əldə olunmasına töhfə vermək üçün üzərinə düşəni etməyə hazırdır. Dediyim kimi, bütün razılaşmaların tam icrasına yönəlmişik".
Paşinyan isə öz növbəsində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üçün yaradılan komissiyaların işinə dəstək verəcəyinə ümidini ifadə edib.
***
“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik”.
Mia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdən sonra deyib.
O, əlavə edib ki, Rusiya Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını da təqdir edir: "Bu, regionda vəziyyətin sağlamlaşmasına yol açacaq. Bu kontekstdə “3+3” formatı da dialoqun bərqərar edilməsi və region ölkələri arasında çoxplanlı əməkdaşlıq üçün vacib əlavə kanaldır”.