Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinatla bağlı yeni xəbər var.

Mia.az nazirliyə istinadla xəbər verir ki, nazir Rəşad Nəbiyev öz müşaviri, həm də "Azərkosmos" ASC-də sədr olan vaxtı köməkçisi olmuş Yaşar Hacıyevi bu vəzifənin icraçısı təyin edib.

Məlumata görə, qısa müddət sonra o, aparat rəhbəri vəzifəsinə rəsmən təyin olunacaq.

Yeri gəlmişkən, aparat rəhbəri Samir Məmmədov ötən ay nazir müavini təyin edilib.