İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin olunub.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev Büroya rəis müavini təyin edilib.
Qeyd edək ki, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi general-mayor Əlaslan Ağayev ötən həftə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
Hazırda rəis vəzifəsi boş olduğu üçün Muradəli Babayevin Büro rəisinin vəzifələrini icra edəcəyi gözlənilir.
Xatırladaq ki, nazirin əmri ilə Ağcabədi Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ənvər Həsənov vəzifəsindən azad olunaraq, Bərdə Rayon Polis Şöbəsinə rəis təyin edilib. Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin rəisi polkovnik-leytenant Knyaz Həsənov isə Ağcəbədi Rayon Polis Şöbəsinə rəis təyin olunub.
Mia.az