Bu gün Qazaxıstanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər veirir ki, referendumda ölkə əhalisinin 69 faizə yaxını iştirak edib.
Xatırladaq ki, referenduma dövlət başçısının səlahiyyətləri azaldılması, parlamentin və yerli nümayəndəlik orqanlarının səlahiyyətinin artırılması, Konstitusiya Məhkəməsinin təkrar formalaşdırılması, ölüm cəzası və sabiq prezident Nursultan Nazarbayevə verilmiş statusların ləğvi kimi məsələlər çıxarılıb.