Rusiyanın daha bir generalı Ukraynada həlak olub.

Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu gün Rusiyanın 29-cu Ümumqoşun Birləşməsinin qərargah rəisi general-mayor Roman Kutuzov Lukansk vilayətində öldürülüb.

Məlumata görə, Ukrayna ordusu generalın olduğu döyüş mövqeyini ağır formada bombardmana məruz qoyub. Nəticədə general və xeyli rus hərbçisi öldürülüb.