Xəzər dənizində zəlzələ olub.
Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar saat 21:00-da 3,3 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 61 kilometr dərinlikdə yerləşib.