İyunun 6-dan etibarən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsillə bağlı müraciətlərin qəbuluna başlanması planlaşdırılır.
Mia.az xəbər verir ki, bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Təhsil masası”nda deyib.
O bildirib ki, namizədlərə 20 gün vaxt veriləcək: “Bakalavr səviyyəsi üzrə xaricdə təhsil dövlət proqramından beynəlxalq olimpiada qaliblərinin yararlanmasına üstünlük veriləcək. Bu da Nazirlər Kabinetinin təsdiqlədiyi xüsusi siyahı ilə müəyyənləşəcək. Onlar müsahibədənkənar təhsil almaq hüququ əldə edəcəklər".
Qrup rəhbəri deyib ki, xXaricdə təhsillə bağlı dövlət proqramına qəbulun 20 %-nin bakalavr, 80 %-nin isə magistratura səviyyəsi üzrə olması nəzərdə tutulub: "Kim eyni bal toplasa, onların seçimi yüksək texnologiyalar istiqaməti üzrə olan nəticələri əsas götürüləcək".