"Rusiya Sumı vilayətinin Qudovo rayonunda mülki infrastruktura raket zərbəsi endirib, eyni zamanda, vilayətinin Baçivsk, Xodyne və Slavqorod rayonlarını atəşə tutub".
Mia.az xəbər verir ki, bu, Ukrayna Baş Qərargahının son məlumatında bildirilib.
Qeyd olunub ki, Xarkov istiqamətində isə Rusiya hərbçiləri Ukrayna ordusunun əks-hücumlarının qarşısını almaq üçün səfərbər olunub:
"Donetsk istiqamətində isə Rusiya artilleriya atəşini davam etdirir. Liman istiqamətində Yarov, Şçurovo, Starıy Karavan və Raiqorodok yaşayış məntəqələri ərazilərində mülki obyektlər davamlı vurulub. Krivoy Roq istiqamətində isə Rusiya hava kəşfiyyatını artırıb. Ukrayna ordusu Popasna istiqamətində Rusiya qüvvələrinə aöır zərbələr endirib. Düşmənin 150-ci motoatıcı diviziyasının texnika və canlı qüvvəsinin böyük hissəsi məhv edilib. Bununla bərabər, son sutkada Rusiyanın Donetsk və Luqansk istiqamətlərində 5 hücumunun qarşısı alınıb, 5 tankı, 3 artilleriya sistemi və 2 zirehli döyüş maşını, 3 Orlan-10 PUA-sı vurulub".