ABŞ Rusiya aralarında Azərbaycan əsili rusiyalı iş adamı, yəhudi Qod Nisanov olmaqla, bir çox məşhur biznesmenlərə, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı "qara siyahı"ya alıb.
Mia.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib k, sanksiyaya məruz qalan 16 biznesmen arasında Qod Nisanov, Mordaşov, Rolduqin, Reşetnikov və başqalarının adları var: "Onların xaricdəki aktivləri, o cümlədən təyyarə və yaxtalarına da sanksiya tətbiq olunub".
Onlarla yanaşı, Rusiyanın daha 15 şirkəti də "qara siyahı"ya daxil edilib.