Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin rəisi,
general Mədət Quliyev ölkədə bir çox nazir və güc sahiblərinin daxil ola bilmədiyi media sektorunda əmin addımlarla irəliləyir.
Artıq onun himayəsində üç xəbər portalı fəaliyyət göstərir.
Mia.az
«Reytinq» qəzetinə istinadən xəbər verir ki, Mədət Quliyevin media layihəsində yer alan saytlarda əsasən hakimiyyətdaxili qruplara yönəlik kompromatların yer alması da təsadüfi deyil:
«Görünür, Mədət Quliyevin qarşısına yaxın aylarda aparılacağı gözlənilən kadr
islahatlarında təmsil olunduğu qruplaşmanın və özünün daha güclü çıxmasını təmin etmək üçün əks tərəfi gözdən salmaq planı qoyulub.
O, hələki bu
planı uğurla həyata keçirilməsinə nəzarəti təmin
edə bilir. Ancaq generalın özünü də fakt qarşısında qoyacaq kompromatlar da az
deyil».
Mənbə
deyir ki, Mədət Quliyev yaxın aylarda rusdilli bir saytın fəaliyyətə başlamasına
da hazırlıq görür: «Yəqin ki, o, bununla 2015 parlament seçkilərində rusdilli əhaliyə
də nüfuz etməklə, təmsil etdiyi qruplaşmanın gələcək planlarına yardımçı olmağı
düşünür».