"Adətən müəllimlərin işə qəbulu müsabiqəsində 8 minə yaxın, bəzən 8 mindən çox vakant yer çıxarılır. Bu il də bu qədər vakant yerin olacağı gözlənilir".

Mia.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Təhsil masası"nda deyib.

O bildirib ki, müddətsiz işə qəbulu üzrə müsabiqə bir turda keçiriləcək: "Müəllimlərə seçim edərkən bu amili nəzərə almalarını xahiş edirik. Əsasən musiqi, təsviri incəsənət, kimya, biologiya fənləri üzrə vakant yerlər çoxluq təşkil edir. Müəllimlər seçimdə 8 yer yaza biləcəklər".