“İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi ilbəil artırılır. Bununla bağlı geniş işlər görülməlidir”.

Mia.az xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, onkoloji xəstəliklər icbari tibbi sığorta paketinə daxil olunmalıdır.