Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 29200 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1 293 ədəd tankı, 3 166 ədəd zirehli döyüş maşını, 604 ədəd artilleriya sistemi, 204 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 204 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 110 qanadlı raket, 2 206 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 476 ədəd dronu və 43 ədəd xüsusi texnikası məhv edilib".