"Azərbaycan Kino Agentliyinin həm nizamnaməsini, həm də struktur layihəsini hazırlayaq. Agentliyin yaradılması çox mühüm hadisədir".

Mia.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, kinomuzun inkişafı və bu sahəyə investisiyaların artırılması baxımından çox önəmli addımdır.