Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyir, iki ölkənin razılığa gəlmələri istiqamətdə səylərini davam etdirir.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

Brüsseldə keçirilən Aİ-Ermənistan Assosiasiya Şurasının iclasından əvvəl mətbuata açıqlama verən Borrel Ermənistan və Azərbaycan arasında razılaşmanın olacağı təqdirdə Avropa İttifaqının buna dəstək verəcəyini vurğulayıb: "Razılaşma əldə edilsə, həqiqətən məmnun olarıq. Əgər bu baş verərsə, Aİ sazişin həyata keçirilməsinə dəstək üçün hər şeyi edəcək”/Report