Ukrayna partizanları Zaporojyenin Melitopol şəhərində Rusiyanın zirehli qatarını partladıb.
UNIAN xəbər verir ki, dəmiryoluna ziyan dəyib. Zərərsizləşdirilən Rusiya hərbçilərinin sayı dəqiqləşdirilir.
Məlumata görə, hadisə əraziyə rusiyalı general-mayor gələrkən baş verib. Bir müddət əvvəl Melitopolda iki nəfərin meyiti aşkarlanıb. Həmin meyitlərin yüksək vəzifəli rusiyalılara aid olduğu bildirilib.
Partlayışı Ukrayna diversiya qrupunun törətdiyi ehtimal olunur/Report.
Xatırladaq ki, Melitopol Rusiya hərbçilərinin nəzarəti altındadır. Bildirilib ki, Rusiya hərbçilərinin özlərini rahat hiss etməməsi üçün ukraynalı partizanlar şəhərdə tez-tez partlayışlar törədirlər.