“Şuşa ili” ilə əlaqədar Nəsimi rayonu İcra Hakimiyyəti Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı teatrında “Şuşa,sən azadsan” adlı konserti keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, pedaqoji işçilər və tələbələr iştirak ediblər.

Mia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Rerpublikasının Dövlət himni səsləndirildi. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi yolunda, Vətən uğrunda canını fəda edən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov açıq elan edərək bildirdi ki,haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində çevikliyin, səmərəliliyin təmin olunması üçün burada dövlət idarəetməsinə böyük diqqət yetirilmiş, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Sonra kollecin qazi müəllimi İdris Hüseynov, tələbələrdən Əzizbəy Muradov və Nicat Mənsimova Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu, həmçinin Səid Rüstəmovun 115 illiyinə həsr edilmiş müsabiqədə yer tutmuş 1-ci yerin qalibləri Adəm Qurbanov, Fateh Şıxəliyev, Kəmalə İsakova, Mehdi Sadıqzadə və Ayxan Bəliyarlı da İcra Hakimiyyəti tərəfindən mükafatlandırıldılar.

Tələbələr vətənə aid şer, mahnı və kompazisiyalar təqim edərək maraqlı, rəngarəng ifalarla çıxışlar etdilər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.