“Balkanlardan Afrikayadək, hər yerdə olduğu kimi, Suriyada, İraqda, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda, Ukraynadakı böhranlarda da həmişə olduğu kimi dik duruşumuzla hərəkət etmişik, hərəkət edəcəyik”

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, indi NATO müxtəlif vasitələrlə Şərq sərhədlərini gücləndirməyə çalışır: “Ukrayna böhranının ardından atılan addımları təbəssümlə izləyirik. Çünki biz illərlə NATO müttəfiqi olaraq belə mənzərə ilə qarşılaşmadıq. Bizim uzun illər NATO-dan yeganə istəyimiz Türkiyənin də öz sərhədlərini müdafiə etməsinə eyni münasibət göstərməsi idi. Biz sərhədlərimizi terrorçulardan qorumaq istəyirik. Amma demək olar, bu məsələyə heç bir müttəfiqimiz istədiyimiz münasibəti göstərmədi.

İndi İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyir. PKK və YPG terror təşkilatlarına dəstək vermək, daha sonra isə NATO-ya üzvlük üçün Türkiyədən dəstək istəməyin məntiqi ola bilməz. Onlardan 30 terrorçunu istədik, bizə təhvil vermədilər. Belə bir haldan sonra Finlandiya ilə İsveçin NATO üzvlüyünə  müsbət baxa bilmərik. Müttəfiqlərimizdən bizim narahatlığımızı anlamaqlarını, hörmət etməklərini və, mümkündürsə, dəstək vermələrini gözləyirik.Bizim terror təşkilatlarının sərhədlərimizə etdiyi hücümlarından qorunmaq kimi həssasiyyətimiz var. İllərdir buna görə acı çəkdik, itkilərimiz oldu, hələ də qiymətini ödəyirik. Buna heç bir müttəfiqimiz gözlədiyimiz səviyyədə hörmət və dəstək göstərmədi. PKK və İŞİD-in sərhədlərimizdə dayandığı bir zamanda ölkəmizdəki hava hücumundan qorunma sistemlərin götürüldüyü günləri unutmadıq. NATO çərçivəsində müttəfiqlərin Türkiyəyə qarşı sərgilədiyi münasibətə baxmayaraq, biz Alyans çərçivəsində bütün öhdəliklərini yerinə yetirir və əməldə NATO-nun fəaliyyətlərinə ən çox dəstək verən ölkəyik. Amma bu qarşımıza qoyulan hər bir təklifə sorğu-sualsız “hə” deyən deyilik. NATO-nun genişlənməsi bizim həssaslığımıza göstəriləcək hörmət çərçivəsində anlamlıdır. Həm PKK/YPG terror təşkilatına tam dəstək verib, həm də bizdən NATO-ya üzvlük üçün dəstək istəmək uyğunsuzluqdur”.