Son sutkada Ukraynanın 2 hərbi təyyarəsi və 15 PUA-sı sıradan çıxarılıb.
Mia.az Ria-Novosti-yə istinadla xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general İqor Konaşenkov bu günkü brifinqdə açıqlayıb.
O bildirib ki, Ukraynaın SU-25 qırıcısı Donetskin Tripilliya qəsəbəsində, MiQ-29 təyyarəsi isə Xarkovda vurulub: "Bununla yanaşı, Donetskin Semenovka, Velyka Kamışevaxa, Xarkov vilayətinin, Rudniçnı, Qrabskoe, Staromixaylovka, Xerson vilayətinin Belyaevka və Çernobaevka yaşayış məntəqələri ərazisində Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatı məhv edilib”.