“Dünya Rusiyanın yalanlarından bezib".
Mia.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviter səhifəsindəki paylaşımda bildirib.
O, əlavə edib ki, NATO-nun sərhədləri Rusiyanın Sankt-Peterburqun ətrafına qədər genişlənəcək: “Daha Moskvanın təhdidlərinə əhəmiyyət verilmir. Yeni reallığa xoş gəlmisiniz, cənab Putin”
Bu arada Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-dan ibarət olan “Böyük Yeddilik” (G7) ölkələrinin XİN başçıları birgə Ukrayna ilə bağlı yeni bəyanat veriblər.
Onlar Rusiyanın Ukraynanın dövlət sərhədinin zorla dəyişdirilməsinin yolverilməz olduğunu və Moskvanın zor tətbiqinə qarşı Ukraynaya dəstəyin davam edəcəyini bildiriblər: "Ukrayana lazım olan silah-sursatın göndərilməsinə davam ediləcək".