Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni Aparat rəhbəri təyin olunub.

Mia.az xəbər verir ki, Eldar Əzizovun əmri ilə Ayaz İmaməliyev BŞİH-nin Aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, A.İmaməliyev bundan əvvəl BŞİH Aparatının ümumi şöbəsinin və İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.

Xatırladaq ki, keçmiş BŞİH-nin keçmiş Aparat rəhbəri Elgin Həbibullayev Prezident İlham Əliyevin sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.