Rəsmi Kiyev Ukraynadakı savaşın Üçüncü Dünya Müharibəsinə çevrilə biləcəyini bəyan edib.
Mia.az xəbər verir ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bu barədə tviter səhifəsində yazıb.
O bildirib ki, belə bir savaş başlaya bilər: “Əgər liderlər 1938-ci ildə qətiyyətli hərəkət etsəydilər, Avropa İkinci Dünya müharibəsindən qurtula bilərdi. Lakin siyasətçilər qorxaq davrandılar. Nəticədə faciə oldu. Eyni səhvi təkrar etsək, tarix bizi bağışlamayacaq. Avropa Rusiya neftinə dərhal sanksiya tətbiq etməlidir”.