"Rusiya ordusu canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 405 əraziyə zərbə endirib". 

Mia.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bugünkü brifinqdə deyib.

O bildirib ki, Rusiya qüvvələri Odessa vilayətində Ukraynanın S-300 zenit-raket kompleksi ilə yanaşı, Xarkov vilayətinin Krasnopavlovka rayonunda raket və artilleriya silahları anbarını da sıradan çıxarıb: "Rusiya Raket və artilleriya qoşunlarıcanlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 405 ərazini, atəş mövqelərində 12 komanda məntəqəsini və 26 artilleriya bölməsini vurub.  Eyni zamanda, Xarkov vilayətinin Korotiç rayonunda S-300 zenit-raket kompleksi, Donetskdə Ukrayna Silahlı Qüvvələrinə məxsus “Smerç” reaktiv yaylım atəş sistemlərinin üç buraxılış qurğusu və iki silah-sursat anbarını məhv edilib.

Bununla da indiyədək Ukrayna tərəfinin 164 təyyarə, 125 helikopter, 821 pilotsuz uçuş aparatı, 303 zenit-raket kompleksi, 3013 tank və digər zirehli döyüş maşını, 364 reaktiv yaylım atəşi sistemi, 1471 səhra artilleriya qurğusu və minaatan, 2824 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv olunub".