Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurası Qaradağ Günəş Elektrik Stansiyasının inkişafı, tikintisi və istismarı üçün 51 milyon ABŞ dollarına qədər uzunmüddətli krediti təsdiqləyib.
Mia.az EBRD-yə istinadən xəbər verir, layihənin ümumi dəyəri 250 milyon ABŞ dolları təşkil edir. EBRD ilə yanaşı, bir sıra digər beynəlxalq maliyyə institutlarının da layihəyə dəstək verməsi gözlənilir.