"Rusiya Çerniqov vilayətinin Qorodnyanski rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutub, paralel olaraq Sumı vilayətinin Şostka rayonundakı yaşayış məntəqəsinə hava zərbəsi endirib".

Mia.az xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının  cəbhə zonasındakı son vəziyyətlə bağlı açıqlamasında deyilir.

Bildirilib ki. Rusiya qoşunları Liman, Severodonetsk, Baxmut, Avdiivka və Kuraxiv istiqamətlərində hücum əməliyyatlarını genişləndirməyə çalışır: "Əsas vəzifə Rubijne üzərində tam nəzarət yaratmaqdır. Qarşı tərəf Kudryaşivka, Severodonetsk istiqamətində irəliləyir, Avdiivka istiqamətində hücumu davam etdirir. Mariupolda əsas səylər “Azovstal” zavodunun ərazisindəki bölmələrimizi məhv etməyə yönəlib. Qarşı tərəf hava zərbələri endirməkdən əl çəkmir. Zaporojye istiqamətində düşmən artilleriya və reaktiv yaylım atəşi sistemlərindən qoşunlarımızın bölmələrini atəşə tutub. Nikolayev və Krivoy Roq istiqamətlərində düşmən qoşunlarımızın mövqelərini artilleriyadan atəşə tutmaqda davam edir. Müdafiə Qüvvələrimizin mövqelərindəki dəyişiklikləri aşkar etmək üçün Rusiya ordusu hava kəşfiyyatını davam etdirir. Tavriya istiqamətində Rusiya qoşunları ehtiyatlarını artırıb. Bessarabiya istiqamətində vəziyyət ciddi dəyişməyib”.