Zelenski iqtidarının Rusiyanın Ukraynanın Xerson vilayətini də Krım kimi ələ keçirərək öz xəritəsinə əlavə etməyə can atması barədə bəyanatlarına rəsmi Moskvadan reaskiya verilib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə suala Putinin sözçüsü Dmitri Peskov belə cavab verib: "Sözsüz ki, Xerson vilayətinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi imkanının dəqiq hüquqi əsası olmalıdır. Bunun üçün də vilayət sakinləri qərar verməli, onlar bu məqsəd üçün Rusiyaya rəsmi müraciət etməlidir".

Peskov Rusiya ilə sərhəd daha bir neçəı dövlətin NATO-ya üzv olmaq məsələsinə də toxunaraq, yenə Qərbi ittiham edib: "Qərb sərhədlərimnizə yaxın ciddi hərəkətlər edir. Biz sərhədlərimiz yaxınlığında NATO-nun fəaliyyətlərini diqqətlə izləyirik. Bu, olduqca hərtərəfli təhlilin mövzusudur. Hələlik daha çox şey deyə bilmərik”.

Peskov Ukraynada əməliyyatın da plan üzrə getdiyini deyib.

Rəsmi Kiyev Peskovun bu açıqlamasına dərhal cavab verib. 

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak "tviter"də bəyan edib ki, Xerson vilayətinin satqınlarının Rusiyaya edəcəkləri istənilən "birləşdirici müraciət" məhkəmə hökmündən sonra əfv diləmək olacaq: "İşğalçılar lap Marsa, lap Yupiterə birləşmək istəsinlər. İstilaçıların hansı söz oyunu oynamasına baxmayaraq, Ukrayna Ordusu Xersonu azad edəcək”.

Xatırladaq ki, Xerson vilayətinin işğalından sonra işğalçı qüvvələr tərəfindən regiona təyin edilən rəhbərlər vilayətin Rusiyaya birləşdirilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəklərini açıqlayıblar.

Mia.az  

Mia.az