“Ermənistanda etiraz aksiyalarını təşkil edən şəxslər məlumdur. Onlar uzun illər ərzində erməni xalqına yalan vədlər verən və ölkəni hazırkı uçurum vəziyyətinə gətirən şəxslərdir".
Mia.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin şəxslər Qarabağ mövzusunu yenidən gündəmə gətirməklə aktuallıqlarını qorumaq istəyirlər: "Biz baş verən prosesləri izləyirik. Həmin qüvvələrə ictimai dəstəkdən söhbət gedə bilməz. Onların arxasınca gedənlər ən yaxşı halda 5-6 min nəfərdir. Artıq xalq onların yalan vədlərinə inanmır".