Səhiyyə naziri Teymur Musayev Azərbaycanda xüsusu karantin rejiminin nə vaxt tam ləğv olunacağından danışıb.

Mia.az xəbər verir ki. o, bəzi məhdudiyyətlərin hələ qaldığöını deyib, Əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq: "Şərt o deyil ki, hər hansı sıçrayış olsun. Çünki koronavirusun yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm".