“Dünyada buğda qıtlığı yarandığı bir vaxtda dövlət yerli fermerlərə dəstəyi artırmalıdır”.

Mia.az xəbər verir ki, bu sözləri "Azadlıq radiosu"na müsahibəsində Cəlilabad rayon sakini, fermer Səxavət Məmmədov deyib.

O bildirib ki, fevral ayında ona subsidiya formasında verilməli olan gübrə apreldə verilib: "Azotun kisəsi 65 manatdır, onu da qara bazardan almağa və vaxtında ala və tarlaya verə bilmədim...".

Fermer deyib ki, onlara sahib duran yoxdur.