“Azad Azərbaycan” MTRK-nın prezidenti Azər Xəlilov yeni təyinatlarla bağlı əmr imzalayıb.

Mia.az publika.az-a istinadən xəbər verir ki, əmrə əsasən, “Bu Şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasov ATV rəhbərinin kreativ texnologiyalar və əyləncəli verilişlər üzrə müşaviri, tanınmış ssenarist Fariz Əliyev isə ATV-nin icraçı direktorunun yaradıcılıq məsələləri üzrə müavini vəzifələrinə təyin olunublar.