Gürcüstan və Ermənistan arasında müdafiə sahəsində 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Sənədi Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və bu ölkədə rəsmi səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan imzalayıblar.

Nazirlər arasında keçirilən görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətləri, həmçinin regionda sülh və sabitliyin vacibliyi vurğulanıb/Report.