Rusiya Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aleksandr Nevzorovu axtarışa verib.

Bu barədə məlumat Rusiya DİN-in məlumat bazasında yerləşdirilib.

"3 avqust 1958-ci il təvəllüdlü Nevzorov Aleksandr Qleboviç Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - bildirilib.

Qeyd edək ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Nevzorova qarşı Rusiya Silahlı Qüvvələrinin fəaliyyəti barədə qəsdən yalan məlumat yaydığına görə cinayət işi açıb. İstintaqın məlumatına görə, jurnalist martın 9-da “Instagram”da və martın 19-da “YouTube”da Rusiya Silahlı Qüvvələri Mariupol şəhərindəki doğum evini atəşə tutması barədə qəsdən yalan məlumat yayıb/APA.