Bu gün Türkiyə və Ermənistan xüsusi nümayəndələri Vyanada üçüncü dəfə görüşüb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətlərin normallaşdırılma prosesini müzakirə ediblər.

Bildirilib ki, Türkiyə təmsilçisi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan normallaşma prosesinin sürətləndirilməsi üçün danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər.