Səbuhi İMANOV

***

Beynəlxalq hüququn ifliç vaxtında, silahların qanun yazdığı coğrafi bölgədə sülh danışıqlarının aparılması olsa-olsa qızmar günəşdə sərin su effekti verə bilər.

Buna baxmayaraq, rəsmi Bakı və İrəvan istənilən sülh danışıqlarına hazır olduqlarını nümayiş etdirir. Minsk qrupunun Qarabağdakı intiharından sonra,danişiqlar masasının bir ucu Rusiyada, digər ucu isə Avropadadır.

Masa sahiblərinin bir-biriylə qanlı munasibətlərinə baxmayaraq, qonaqların əhvalı döyüşdən sonrakı psixoloji durumu,qazanılan və itirilən mövqeləri olduğu kimi göstərir. Azərbaycanla Ermənistan arasında sülh qanışıqlarının yaxın zamanda hüquqi bir nəticəyə gəlməsi və hər hansı bir yazılı sazişin imzalanması real görünmür. Bu, erməni tərəfinə sərf etsə də, rəsmi Bakı üçün o qədər də qənaətverici olmaya bilər. Çünki Rusiya-Ukrayna müharibəsində birincinin məğlub olması Azərcaycanın daha sərf edici şərtlərlə öz mövqeyini möhkəmlətmə şanslarını artırır.

Əslində, Ermənistanın siyasi ritorikası və coğrafi iddiasi Qarabağda, eləcə də Ermənistanın daxilində yeni müharibənin qaçılmazlığını aydın göstərir. Yeni müharibə isə Ermənistanın ölkə olaraq xəritədən silinməsinə gətirib çıxarda bilər. Ki, fikrimcə, bu, qaçılmazdır. Dünyada, eləcə də bölgəmizdə Qərbin siyası və hərbi gücü artmaqdadır. Bunu Ukraynada aparılan müharıbə aydın göstərir.

Rusiyanın Ukrayna qarşısında hərbi gücsüzlüyü Qərb cəbhəsini daha da ruhlandırır. Və artıq Rusiyanın necə məğlub olması ssenarisi çızılmaqdadı. Qafqazda Rusiyanın təsir dairəsi hələ qalsa da, azalmaqda davam edir. Buna sübut olaraq, demək olar ki, 2-ci Qarabağ müharibəsindən sonra sülh danışıqları daha çox Rusiyanın moderatorluğu ilə keçməsinə baxmayaraq, son vaxtlar o insiatıvliyi Qərb ələ almışdır və son görüşlər də Avropa ərazisində keçirilir. Bu da kimin nüfuz dairəsinin artma intervalını aydın xarakterizə edir. Əslində, Azərbaycanla Ermənistan arasında sülh və mehriban münasibət nə Avropa, nə də Rusiya cəbhəsinə və siyasətinə sərf edir. Sülh olan təqdirdə maraqlı tərəflərin bölgəyə və bölgə ölkələrinə ayrı-ayrılıqda təsir vasitələri və təsir dairəsi azalır. Odur ki, dünyanın burada sülh istəməsinə inanmaq ən azı sadəlövhlük olardı. Düşünürəm ki, rəsmi Bakıyla İrəvan arasındakı Rus sülhü Avropada da reallaşmayacaq.

Bütün dövrlərdə olduğu kimi, indiki zamanda da güc qalibiyyət rəmzidi. Qalib olmaq üçün Azərbaycan iqtisadi, siyasi və hərbi gücünü daha da artırmalıdı. Bu, sülhə gəlmək, sülh yaratmaq üçün yeganə çıxış yoludu. Amma Avropa və ya Rusiya sülhünə yox, əsl Azərbaycan sülhünə…

MİA.AZ