"Azərbaycan Ermənistanla danışıqların birinci mərhələsinə başlamağa hazırdır".

Mia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə deyib.

Nazir bildirib ki, müsbət nəticəyə ümidlidr: "İndiki və bir il əvvəlki ab-havanı müqayisə etsək, müsbət dəyişikliklər görürük. Ermənistan tərəfi heç də həmişə mövqeyində sabit deyil. Müəyyən müsbət addım görürük, sonra nəsə baş verir və geri addım atırlar”.