ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Bakıda görüşüb.
Reyting.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ səfirləri - Litzenberger, Deqnan və Treysi, dövlət katibinin köməkçisinin müavini Olson, Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer və ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden ABŞ-ın Azərbaycandakı səfirliyinin ev sahibliyi etdiyi Missiya Rəhbərlərinin regional toplantısında iştirak ediblər: "Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq”.