Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

Mia.az Dövlət Statistika Komitəsinə istinadla xəbər ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər və ya 0,07 faiz artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatıb.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olub: "Hazırda orta hesabla hər 1000 kişiyə 1001 qadın düşür"