Rusiya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət üçün 17 layihə təqdim edib.
Bunu bu gün Bakıda keçirilən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, Rusiyanın "KamAz" şirkətinin Cəbrayılın "Araz Vadisi İqtisadi Zonasında" tikintisi iyunda başa çatması planlaşdırılır: "Azərbaycan şirkətləri də öz növbəsində Rusiyada bir sıra sahələrdə layihələr icra ediblər. "Azərbaycan şirkətləri Rusiyada sanatoriya və zavod tikiblər. Hazırkı mərhələdə isə yeni təşəbbüslərin icrası ilə bağlı danışıqlar davam edir".